Aztelekom

Komplayens siyasəti

Korporativ idarəetmənin ən yüksək etik prinsiplərə uyğunluğunu təmin etmək, habelə biznes mühitində etibarlı tərəfdaş olmaq Aztelekom üçün prioritet təşkil edir. Aztelekom prioritetlərinə sadiqliyini nümayiş etdirmək, biznes məqsədlərinə çatmaq üçün fəaliyyətini qüvvədə olan qanunvericiliyin və sahəvi standartların tələblərinə uyğun həyata keçirməyi, biznes tərəfdaşları ilə dayanıqlı və etibarlı işgüzar əlaqələr yaratmağı, habelə dövlət orqanları və biznes tərəfdaşları ilə münasibətdə dürüst və şəffaf davranmağı, işçiləri üçün ədalətli, hüquq və azadlıqlarına, şəxsiyyət və ləyaqətinə hörmət edilən sağlam iş mühiti yaratmağı hədəfləyir.